“Mançester Yunayted“in məşqçiləri məşq keçəcək

8-12 yaşlı gənclərə "Mançester Yunayted" məşqçiləri məşq keçəcək



Aznews.az AFFA-nın rəsmi saytına istinadla xəbər verir ki, seçimdən müvəffəqiyyətlə keçmiş 8-12 yaş arası 32 gənc istedad 24-28 iyun tarixlərində Bakıda - "Bakcell Arena"da təşkil olunacaq və "Mançester Yunayted" futbol məktəbinin məşqçiləri tərəfindən keçiriləcək təlim-məşq toplanışında iştirak edə biləcəklər.

Seçim turları barədə məlumatı diqqətinizə çatdırırıq:

13 iyun, saat 14:00-dan 18:00-dək - Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionunda qeydiyyat

14 iyun, saat 09:00 - Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionunda qeydiyyat və seçim turu

16 iyun, saat 14:00-dan 18:00-dək - Lənkəran Olimpiya Kompleksinin stadionunda qeydiyyat

17 iyun, saat 09:00 - Lənkəran Olimpiya Kompleksinin stadionunda qeydiyyat və seçim turu

18 iyun, saat 14:00-dan 18:00-dək - Sumqayıt şəhəri, 10-cu mikrorayon, 1-ci binanın qarşısında AFFA tərəfindən inşa olunmuş süni örtüklü meydançada qeydiyyat

19 iyun, saat 09:00 - Sumqayıt şəhəri, 10-cu mikrorayon, 1-ci binanın qarşısında AFFA tərəfindən inşa olunmuş süni örtüklü meydançada qeydiyyat və seçim turu

20 iyun, saat 14:00-dan 18:00-dək - Bayıl stadionunda qeydiyyat

21-22 iyun, saat 09:00 - Bayıl stadionunda qeydiyyat və seçim turu

Elvin

AzNews.az