PSJ-dən Beyl üçün fantastik təklif

Fransanın PSJ klubu "Tottenhem"in yarımmüdafiəçisi Q. Beyl üçün fantastik təklif göndərməyi planlaşdırır.

Daily Mailin yaydığı məlumata görə, klub futbolçunun transferi üçün 100 milyon avrodan keçməyə hazırdır.

Xatırladaq ki, Real Madridin də maraq dairəsində olan futbolçu ötən mövsüm ərzində keçirdiyi 52 matçda 32 qol vurub, 17 dəfə məhsuldar ötürməylə yadda qalıb.

Elvin
AzNews.az