Azərbaycan klubları avrokuboklara qatılmır

Kişi basketbolçulardan ibarət Azərbaycan klubları Avropa kuboklarının yeni mövsümündə iştirak etməyəcəklər.

Bu bərədə apasport.az saytına Azərbaycan Basketbol Federasiyasının icraçı-direktoru Rüstəm Rüstəmov məlumat verib.

O bildirib ki, avrokuboklardan imtinaya səbəb klubların maddi imkanlarının aşağı olmasıdır: "Klublarımız yeni mövsümdə yenə daxili yarışlarla kifayətlənəcək. Bəli, artıq avrokuboklar üçün sifariş ərizələrinin vaxtı da bitib. Bu da o deməkdir ki, ən azı 1 il də bu yarışlarda oynamayacağıq".

Qeyd edək ki, son mövsüm "Qala" çempion kimi başa vurub.

AzNews.az