- Köhnə - İdman
- 14 İyun 2013 10:12
- 1 845
Dünya çempionatına yollanan taekvondoçularımız - Siyahı
Apasport.az saytının məlumatına görə, iyulun 15-21-də Meksikanın Puebla şəhərində baş tutacaq yarışda kişi və qadın yığmalarımız tam heyətlə iştirak edəcəklər.
Belə ki, millimizin baş məşqçisi Ələkbər İmaməliyev yarışa yollanacaq heyətə Mikayıl Əliyev (54 kq), Maqomedyasi İbrahimov (58 kq), Fariz Əliyev (63 kq), Elçin Məmmədov (68 kq), İlkin Şahbazov (74 kq), Ramin Əzizov (80 kq), Radik İsayev (87 kq) və Ceyhun Həsənlini (+87 kq) daxil edib.
Qadınlardan ibarət seçmə komandamızın baş məşqçisi Gündüz Abdullayev isə dünya çempionatında Türkanə Tahirli (46 kq), Patimat Abakarova (49 kq), Günay Ağakişiyeva, Səbinə Mikayılova (hər ikisi 57 kq), Darya Qorbaçeva (62 kq) və Marina Tedeyevaya (73 kq) şans verəcək.
Qeyd edək ki, komandamız hazırda Qəbələdə təlim-məşq toplanışındadır.
AzNews.az