Markizio “Yuventus“dan ayrıla biləcəyini söylədi

İtaliyalı futbolçu Kladio Markizio "Yuventus"dan ayrılma ehtimalından danışıb. 27 yaşlı futbolçu bildirib ki, klub ondan gələcək karyerasıyla bağlı qərar gözləyir.

Markizio özü isə hesab edir ki, bu, tək adamlıq məsələ deyil və qərar klubla birgə qəbul edilməlidir: "Onlarla yenidən bu mövzuda danışacağam. Əgər əvvəlki kimi klub üçün vacib oyunçuyamsa, "Yuventus"da qalacam, əks halda yeni variantlar axtarmalı olacam".

"Mançester Yunayted" və "Monoko"nun diqqət mərkəzində olan futbolçu bunun qürurverici olduğunu, lakin rəsmi təklif almadığını da əlavə edib.

AzNews.az