İspaniya La Liqasında mübarizə aparan "Betis" dünyanın ən ucuz transferini gerçəkləşdirib İspaniya La Liqasında mübarizə aparan "Betis" dünyanın ən ucuz transferini gerçəkləşdirib

Dünyanın ən ucuz transferi

İspaniya La Liqasında mübarizə aparan "Betis" dünyanın ən ucuz transferini gerçəkləşdirib




Klub "Numansiya"nın futbolçusu Sedrik Mabvattini cəmi 1.2 avroya transfer edib.

Transferin bu qədər ucuz, su qiymətinə başa gəlməsinə səbəb isə konqolu oyunçunun müqaviləsində La Liqadan klublarından birinin maraqlanacağı təqdirdə çox ucuz qiymətə satılacağı ilə bağlı maddənin yer almasıdır.

Qeyd edək ki, 21 yaşlı yarımmüdafiəçi futbola Madrid "Atletiko"sunun aşağı yaş qrubunda başlayıb. O, 2010/2011 mövsümündə "Numansiya"da icarə əsasında forma geyib və daha sonra birdəfəlik bu kluba transfer olunub.//qol.az//

AzNews.az