Pirlo: “Uşaqlıq xəyalım gerçək oldu“

İtaliya yığmasının əfsanəvi üzvü Pirlo 100-cü milli matçını şərh edib. O, millidə keçirdiyi 100-cü matçda qol vurmağın sevincini jurnalistlərlə paylaşıb: "Bu, hər kəsin edə biləcəyi bir şey deyil. 100-cü matça çıxdım və qol vurdum. Çox xoşbəxtəm. Üstəlik, bunu Marakana kimi əfsanəvi stadionda etmək məsələni daha anlamlı edir. Uşaq ikən bunu xəyal edirdim, indi gerçək oldu".

Karyerasını sonlandırmaq barədə də düşünmədiyini bildirən italyan futbolçu hələ çox hədəfinin olduğunu bildirib.

Xatırladaq ki, dünən keçirilən Meksika - İtaliya matçı Pirlonun yığmada 100-cü matçı idi və o, matçın 27-ci dəqiqəsində fantastik qola imza atmışdı.

Həmin qolun görüntülərini sizə təqdim edirik.



Elvin
AzNews.az