“Beşiktaş“dan möhtəşəm qələbə - 9:0

"İnter" klubunun təşkilatçılığı ilə İBA Cup U-14 turnirinə start verilib.

A qrupunun iştirakçıları - "Beşiktaş" və "Karpatı" komandaları üz-üzə gəlib. Turnirin açılış oyunu darmadağınla nəticələnib. Türklər möhtəşəm qələbə ilə rəqiblərini şoka salıblar – 9:0 Qrupun digər oyununda isə meydan sahibi "İnter" "Ayntraxt"a minimal hesabla məğlub olub – 0:1.

17 iyun

A qrupu
"Beşiktaş" (İstanbul, Türkiyə) - "Karpatı" (Lvov, Ukrayna) - 9:0

"Ayntraxt" (Frankfurt, Almaniya) - "İnter" (Bakı, Azərbaycan) - 1:0

Elvin
AzNews.az