Haynkesdən Qvardiolaya transfer tövsiyyəsi

Haynkes "Bavariya" klubundan ayrılsa da komandanın gələcəyi üçün tövsiyyələr verməkdən çəkinməyib.

Alman çalışdırıcı onu baş məşqçi postunda əvəzləyən Qvardiolaya transfer etməyə futbolçu məsləhət görüb. Jurnalistin "Bavariya"ya kimi transfer etmək lazımdır" sualına Haynkes belə cavab verib: "Bəzi maraqlı futbolçular var ki, bunlardan da birincisi İzkodur. O, möhtəşəm yarımmüdafiəçidir".

Qeyd edək ki, 21 yaşlı "Malaqa"lı futbolçu ilə "Real Madrid" də maraqlanır və İzkonun müqaviləsində 35 milyon avro qarşılığında sərbəst qalma şərti də var.

Elvin CanTuran
AzNews.az