“Xəzər Lənkəran“ daha bir futbolçunu göndərdi

"Ağ-yaşıllar" klubu daha bir futbolçu ilə yollarını ayırıb.

Bu barədə klubun rəsmi facebook səhifəsində məlumat verilib.

Komandanın əvəzedici heyətində çıxış edən, müəyyən matçlarda əsas komandaya da cəlb olunan Akif Tağıyev "Xəzər Lənkəran"ın heyətindən uzaqlaşdırılıb.

Qeyd edək ki, gənc yarımmüdafiəçi "Xəzər Lənkəran"a 2011-2012 mövsümündə transfer olunmuşdu.

Elvin
AzNews.az