Məşhur futbolçular cümə namazı qıldılar

Emre Belezoğlu və Uğur Boral pərəstişkarları ilə birlikdə şəkil də çəkdiriblər

Türkiyə Muğla vilayətinin Fethiye rayonunda dincələn ölkənin məşhur futbolçuları birlikdə cümə namazı qılıblar. "Fənərbaxça"nın kapitanı Emre Belezoğlu, "Beşiktaş"ın oyunçusu Uğur Boralla birlikdə namazdan çıxarkən "Elazığspor"lu Mustafa Sarp və "Antalyaspor"lu İbrahimlə rastalaşıb. Bir müddət söhbət edən futbolçular bura dincəlməyə gəldiklərini, futbol barədə danışmayacaqlarını bildiriblər.

Qeyd edək ki, Emre Belezoğlu və Uğur Boral pərəstişkarları ilə birlikdə şəkil çəkdiriblər. (anspress)

AzNews.az