Artıq "Neftçi" futbol klubunun təsnifat mərhələsindəki ilk rəqibi müəyyənləşib. Komandamız Albaniya təmsilçisi "Skenderbeu" ilə mübarizə aparacaq.

***
10:24

Bu gün saat 15:00-da İsveçrənin Nyon şəhərində 2013/2014 mövsümü üçün Çempionlar Liqasının I və II təsnifat mərhələlərinin püşkü atılacaq.

Azərbaycanı turnirdə təmsil edəcək və mübarizəyə II təsnifat mərhələsindən qoşulacaq "Neftçi" klubu da məhz bu gün öz rəqibini tanıyacaq.

Son iki Azərbaycan çempionatının qalibi səpələnmişlər sırasında yer alacaq. Deməli, "ağ-qaralar" güclülər sırasında olub, nisbətən zəif klublarla qarşılaşacaq.

Püşkatma ərəfəsində UEFA II təsnifat mərhələsinin iştirakçılarını müəyyən amillər nəzərə alınmaqla bir neçə qrupa ayıracaq. "Neftçi"nin daha konkret potensial rəqiblərinin kimliyi də məhz bu zaman bilinəcək.

Çempionlar Liqasının I təsnifat mərhələsinin oyunları 2-3 və 9-10 iyul aralığında, II təsnifat mərhələsinin görüşləri isə 16-17 və 23-24 iyul tarixlərində keçiriləcək.

I təsnifat mərhələsinin iştirakçıları

Səpələnmişlər: "Streymur" (Farer adaları), "Tre Penn" (San Marino)

Səpələnməmişlər: "Lusitanos" (Andorra), "Şirak" (Ermənistan)

II təsnifat mərhələsinin iştirakçı komandaları:

Səpələnmişlər: "NEFTÇİ" (Azərbaycan), BATE (Belarus), "Seltik" (Şotlandiya), "Styaua" (Rumıniya), "Viktoriya" (Çexiya), "Dinamo" (Zaqreb, Xorvatiya), "Partizan" (Serbiya), "Legiya" (Polşa), "Ekranas" (Litva), "Şerif" (Moldova), "Maribor" (Sloveniya), "Slovan" (Slovakiya), "Elfsborq" (İsveç), "Makkabi" (Təl-Əviv, İsrail), "Molde" (Norveç), HJK (Finlandiya), "Dinamo" (Tiflis, Gürcüstan).

Səpələnməmişlər: "Jelezniçar" (Bosniya və Herseqovina), "Hafnarfyordur" (İslandiya), "Qyor" (Macarıstan), TNS (Uels), "Ludoqorets" (Bolqarıstan), "Sliqo Rovers" (İrlandiya), "Şaxtyor" (Qazaxıstan), "Skenderbeu" (Albaniya), "Birkirkara" (Malta), "Kliftonvill" (Şimali İrlandiya), "Vardar" (Makedoniya), "Dauqava" (Latviya), "Sutyeska" (Monteneqro), "Nomme Kalyu" (Estoniya), "Fola" (Lüksemburq), I təsnifat mərhələsinin 2 qalibi.


Elvin
AzNews.az