Velosipedçi səyyahımız Rusiya-24 kanalında

Aprelin 9-da Bərdə şəhərindən velosipedlə səfərə çıxan azərbaycanlı səyyah Ramil Ziyadov Novosibirskdədir. Bu barədə AzNews.az-a məlumat verən R.Ziyadov şəhərdə Rusiya-24 kanalının qonağı olub.
Səyahətinin əslində Azərbaycanı və ermənilərin xalqımıza təcavüzü nəticəsində başımıza gələnləri dünyaya çatdırmaq olduğunu deyən səyyah əlinə düşən heç bir fürsəti buraxmayıb: "Yolboyu kitablar paylayır, Xocalı haqqında məlumatlar verirəm. Kanadadan olan turistlərlə 2 dəfə görüşdüm. Onlara da Xocalı haqqında danışdım. Eşitdiklərindən dəhşətə gəlmişdilər. Səyahətim zamanı yolda olimpiya çempionu Aleksandr Vinokurovla da rastlaşdım".

Xatırladaq ki, velosipedçi səyyah Novasibisk-Kemerovo-Irkutsk-Ulan-Ude- Çita-Xabarovsk-Vlodivostok-Tokio marşurutu ilə yoluna davam edir.

Ruhiyyə
AzNews.az