“Xəzər Lənkəran“ və “Qarabağ“ 2 gün tez oynayacaq


"Qarabağ" və "Xəzər Lənkəran" klublarının UEFA Avropa Liqasının birinci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində keçirəcəyi qarşılaşmaların tarixi dəyişdirilib.

"Metalurq" (Makedoniya) - "Qarabağ" və "Slima Uonderers" (Malta) - "Xəzər Lənkəran" oyunları iyulun 2-də keçiriləcək.

Dəyişikliklə bağlı UEFA-dan AFFA-ya göndərilmiş məktubda qeyd olunub ki, bu qərar UEFA Avropa Liqasının Əsasnaməsinin 12.08 - Oyunun tarixinin və vaxtının dəyişdirilməsi - maddəsinə əsasən qəbul olunub.

Elvin CanTuran
AzNews.az