Avropa Çempionatı - 2016 - nın loqotipi təqdim olundu - FOTO

Bu gün futbol Fransanın paytaxtı Paris şəhərində AÇ-2016-nın rəsmi loqotipi ictimaiyyətə təqdim olunub. Azerisport.az xəbər verir ki, bu barədə xəbəri UEFA-nın rəsmi saytı yayıb.

Mərasimdə UEFA prezidenti Mişel Platini, Fransa Futbol Federasiyasının (FFF) prezidenti Noel le Qrae və AÇ-2016-nın Təşkilat Komitəsinin sədri Jak Lamber iştirak edib.

Yeni loqotip özündə Anri Delone kubokunu, Fransa bayrağının rənglərini (göy, ağ, qırmızı) və bu ölkənin mədəniyyətini əks etdirir. Bu loqotip Portuqaliya Agentliyi tərəfindən tərtib olunub. Həmin agentlik AÇ-2012-nin də loqotipini təşkil etmişdi.

Qeyd edək ki, AÇ-2016-nın oyunları 10 iyun - 10 iyul tarixlərində Fransanın 10 stadionunda keçiriləcək. Bu turnirdə ilk dəfə olaraq 16 milli komanda iştirak edəcək.

AzNews.az
image description