Messinin oxuduğu yeganə kitab

"Barselona" klubunun futbolçusu Lionel Messi maraqlı açıqlamaları ilə diqqət çəkib.

Argentinalı hücumçu həyatında yalnız bir kitab oxuduğunu deyib: "Dieqo Armando Maradonanın bioqrafiyası" indiyə kimi oxuduğum yeganə kitabdır. Ancaq oxumağa daha çox vaxt ayırmaq istəyirəm. Bunu mütləq edəcəm".

Oğlu Tiaqo haqqında danışan Messi bildirib ki, onunla birlikdə vaxt keçirməyi çox sevir: "Oğlumu çimizdirməyi, onunla televizora baxmağı çox sevirəm. Həyatımda ən önəmli şey oğlumdur".//xeber24//

AzNews.az