“Xəzər Lənkəran“ın növbəti yoxlama görüşü

Almaniyada yay təlim məşq toplanışını davam etdirən "Xəzər Lənkəran" bu günə səhər və axşam olmaqla iki məşq prosesi planlaşdırıb.

Səhər məşqində futbolçuları fiziki çalışmalardan azad edən Con Toşak əsasən taktiki hazırlıq planına uyğun tapşırıqlarını verdi. Saat yarım sürən məşqin sonunda təcrübəli çalışdırıcı "Sabah çox güclü rəqiblə qarşılaşırıq.

Sizdən bu oyuna məsuliyyətlə yanaşmanızı və maksimum zədələnmədən qorunmanızı istəyirəm." deyərək futbolçulara tapşırıqlarını verdi. Klubun rəsmi saytında yayılan xəbərə görə, klub sabah Bakı vaxtı ilə saat 21:00-da məskunlaşdığı "Marc Aurel" otelinin futbol meydançasında Almaniyanın "İnqolştad" klubu ilə yoxlama oyunu keçirəcək.

Elvin Can Turan
AzNews.az