Serbiyanın gənclər və idman naziri Bakıya gəlir

Serbiya Respublikasının gənclər və idman naziri xanım Alisa Mariçin başçılıq etdiyi nümayəndə heyəti bu gün Azərbaycanda səfərə gəlir. Gənclər və İdman Nazirliyindən trend-ə verilən məlumata görə, səfər iyulun 5-dək davam edəcək.

Məlumata görə, Serbiya nümayəndə heyətini Azərbaycan Respublikasının gənclər və idman naziri Azad Rəhimov qəbul edəcək.
Qonaqlar Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət edəcək.

Səfər çərçivəsində qonaqlar Milli Olimpiya Komitəsində, "İçərişəhər" Tarix-Memarlıq Qoruğunda, Bayraq Meydanında, Bakı-2015 Atletlər kəndində, Azərbaycan Gənclər Fondunda və bir sıra idman mərkəzlərində olacaqlar.

AzNews.az