Konfederasiyalar Kubokunun ən yaxşıları bəlli oldu

Konfederasiyalar Kubokunda qalib komandaların ardından fərdi mükafatlar da öz sahiblərini tapıb. Turnirin ən məhsuldar oyunçusuna çatacaq "Qızıl buts" mükafatı Fernanado Torresə qismət olub.

"Gümüş buts"u Fred, "Bürünc buts"u Neymar qazanıb. Torreslə Fredin aktivində hərəyə 5 qol və 1 ötürmə olsa da, ispan forvardın meydanda daha az olması onu qalib edib. Neymar 4 qol və 2 ötürmə ilə 3-cü olub.

Lakin braziliyalı futbolçu əsas nominasiyada qalib olmağı bacarıb. Belə ki, Neymar turnirin ən yaxşı oyunçusu üçün təsis edilmiş "Qızıl top"a sahib çıxıb.

Braziliyalıların uğuru bununla bitməyib. "Qızıl əlcək" nominasiyasında brazliyalı qapıçı Sezar hamını qabaqlayıb.

Elvin CanTuran
AzNews.az