- Köhnə - İdman
- 8 Sentyabr 2013 19:44
- 2 850
Güləş Olimpiya oyunlarının proqramına daxil edildi
Beynəlxalq olimpiya komitəsi 2013-ci ilin fevral ayında 2020-ci il yay Olimpiya oyunlarının proqramından güləşin çıxarılmasını tövsiyə edib. May ayında təşkilatın icraiyyə komitəsi iddiaçılar sırasında Olimpiya oyunları-2020 proqramında üç idman növünü güləşi, beysbol/softbol və skvoşu saxlayıb.
Beynəlxalq olimpiya komitəsinin sessiyasında səsvermə nəticəsində güləş - 49, beysbol/softbol - 24, skvoş - 22 nümayəndənin dəstəyini alıb.
Olimpiada-2020 Tokioda keçiriləcək. Güləş həmçinin yay Olimpiya oyunları-2024 proqramında da təmsil olunacaq.
AzNews.az