“Çelsi“nin hücumçusu mesaj yaza bilmir- İDDİA

İngiltərənin "Çelsi" futbol komandasının hücumçusu Samuel Etonun 400 mobil telefonu olduğu iddia edilir.

Kamerunlu futbolçu indiyədək aldığı telefonların heç birini atmayıb. Həmin telefonlardan 14-ü müxtəlif ölkələrdə istifadə etmək üçün hazırlanıb.

Məlumata görə, Kamerunun futbol üzrə milli yığmasının keçmiş baş məşqçisi Otto Pifster bildirib ki, Eto mobil telefonla mesaj yazmağı bacarmır və noutbukdan istifadə etmir, çünki bununla maraqlanmır.(trend)

AzNews.az