- Köhnə - İdman
- 7 Fevral 2014 15:32
- 6 155
Qadın güləşçilərimiz Paris Qran Prisində
Azərbaycan Güləş Federasiyasından verilən məlumata görə, hər üç güləş növü üzrə keçirilən yarışda ölkəmizi qadın güləşi üzrə yığma komandamız təmsil edəcək.
Baş məşqçi Yaqub Məmmədov və böyük məşqçi Konstantin Konorevin rəhbərliyi altında 3 güləşçimiz Fransaya yollanıb. Heyətdə Mariya Stadnik, Yuliya Ratkeviç və Səbirə Əliyeva yer alıblar.
Görüşlərin idarə edilməsində beynəlxalq dərəcli hakim Hüseynağa Əhmədov iştirak edəcək.
AzNews.az