Olimpiya oyunlarında dopinq qalmaqalı

Soçi Qış Olimpiya Oyunlarında ilk dopinq qalmaqalı yaşanıb.

Qol.az-ın "Bild" qəzetinə istinadən verdiyi məlumata görə, Almaniya idmançılarından birinin dopinq-testinin nəticəsi müsbət çıxıb.

Lakin həmin idmançının adı və hansı növdə çıxış etməsi ilə bağlı açıqlama verilməyib. Məsələ ilə bağlı artıq Almaniya Olimpiya İttifaqı məlumatlandırılıb. Dopinqdən istifadədə təqsirli bilinən idmançının gələcək taleyinə bu axşam aydınlıq gələcək.

Qeyd edək ki, həmin idmançının Almaniyanı xizək yarışında təmsil etdiyi ehtimal olunur.

AzNews.az