- Köhnə - İdman
- 11 Avqust 2014 20:39
- 2 382
Azərbaycan dünya çempionatına qatılacaq
"Qafqazinfo"nun məlumatına görə, mundialda Azərbaycanın doqquz cüdoçusu birincilik uğrunda mübarizə aparacaq.
Millimizin heyətində Orxan Səfərov, İlqar Müşkiyev (hər ikisi 60 kq), Nicat Şıxəlizadə (66 kq), Rüstəm Orucov (73 kq), Tural Safquliyev (81 kq), Şahin Qəhrəmanov (90 kq), Elxan Məmmədov, Elmar Qasımov (hər ikisi 100 kq) və Kifayət Qasımova (57 kq) yer alıblar.
Çempionatda 751 cüdoçu birincilik uğrunda mübarizə aparacaq.
AzNews.az