- Köhnə - İdman
- 29 Avqust 2014 08:11
- 3 042
“Qisasımızı aldıq...” - Qurban Qurbanov
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov mətbuat konfransı keçirib.
AzNews.az qafqazinfo-ya istinadən xəbər verir ki, tarixi uğurun əsas banilərindən olan baş məşqçi komandasından ağızdolusu danışıb:
"Bütün futbolçularımla fəxr edirəm. Bir növ 5 il bundan qabaqkı qisasımızı almış olduq. Lakin bu barədə düşünmürdük. Əsas məqsəd növbəti mərhələyə adlamaq idi. "Tvente"ni də təbrik etmək istəyirəm. Güclü kollektivə malik komandadır".
AzNews.az