“Qarabağ“ 1 milyon qazandı

“Qarabağ”ın Avropa Liqanın qrup mərhələsinə vəsiqə qazanması klubun büdcəsinə xeyli pulun daxil olması ilə nəticələnib.



AzNews.az-ın "Lent.az"-a istinadən məlumatına görə, təmsilçimiz Çempionlar Liqasındakı iştirakına görə 480 min, Avropa Liqasında qrup mərhələsinə vəsiqə qazandığına görə isə 640 min avro əldə edib. Toplamda isə 1 milyon 120 min avro klub büdcəsinə daxil olub

Qeyd edək ki, Ağdam təmsilçisi qrup mərhələsində hər qələbəyə 140 min, heç-heçəyə 70 min, məğlubiyyətə görə isə 60 min pul qazanacaq.

AzNews.az