• İdman
  • 13 Sentyabr 2012 12:17

Braziliya və Azərbaycan komandaları üz-üzə gələcək

AzNews.az xəbər verir ki, Azərbaycanın qadın voleybolçulardan ibarət "Rabitə" klubunun Qatarın paytaxtı Dohada keçiriləcək klublararası dünya çempionatındakı oyunlarının təqvimi açıqlanıb.

"Rabitəçi" qızlar A qrupunda mübarizə aparacaqlar. A qrupunun ilk oyunları 15 oktyabrda keçiriləcək. "Rabitə" ilk görüşdə Braziliyanın "Solis Osasko" komandası ilə mübarizə aparacaq. Növbəti gün isə Azərbaycan təmsilçisi öz gücünü Çinin "Bohay Bank" klubuna göstərməlidir.

Çempionatın yarımfinal oyunları 18 oktyabrda keçiriləcək. Final qarşılaşması isə 19 oktyabrda olacaq.

Xatırladaq ki, bu turnirin son qalibi "Rabitə" olub.

Əminə
AzNews.az