Mişel Platini türklərin seçim etməli olduqlarını deyib Mişel Platini türklərin seçim etməli olduqlarını deyib

Türkiyə seçim qarşısında qoyulub

Mişel Platini türklərin seçim etməli olduqlarını deyib



AzNews.az xəbər verir ki, UEFA prezidenti Mişel Platini, Türkiyəyə sərt xəbərdarlıq edib. M.Platini Türkiyənin həm 2020-ci ildə keçiriləcək futbol üzrə Avropa
Çempionatına, həm də Olimpiya Oyunlarına ev sahibliyi etmək istəyinin mümkünsüz olduğunu deyib.

UEFA prezidenti fikrini açıq ifadə edib: "Mən Türkiyənin futbol üzrə Avropa Çempionatına ev sahibliyini dəstəkləyəcəyimi demişdim. Amma bu Olimpiya Oyunlarına şamil olunmamalıdır. Çünki iki böyük tədbiri bir vaxta keçirmək mümkünsüzdür. Türkiyə 2020-ci il üçün ev sahibliyi etmək istədiyi tədbirlərdən sadəcə birini seçməlidir."

AzNews.az