Bakıda keçirilən şahmat üzrə Qran-pri turnirinin iştirakçıları Heydər Əliyev Mərkəzində olublar. Bakıda keçirilən şahmat üzrə Qran-pri turnirinin iştirakçıları Heydər Əliyev Mərkəzində olublar.

Şahmatçılar Heydər Əliyev Mərkəzində oldu

Bakıda keçirilən şahmat üzrə Qran-pri turnirinin iştirakçıları Heydər Əliyev Mərkəzində olublar.





AzNews.az xəbər verir ki, qonaqlara məlumat verilib ki, Mərkəzin əsas məqsədi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin, azərbaycançılıq məfkurəsinin, siyasi irsinin dərindən öyrənilməsi və təbliğidir. Qeyd olunub ki, Heydər Əliyev Mərkəzinin binası müasir Bakının rəmzlərindən biridir.

Dünya şöhrətli memar Zaha Hadidin layihəsi əsasında inşa olunmuş bu bina paytaxtımızın qonaqlarının baş çəkdiyi əsas məkanlar sırasındadır.

Turnirin iştirakçıları Mərkəzdə Heydər Əliyev Muzeyi, "Azərbaycan inciləri: tarixin axarında" sərgisi ilə tanış olublar.

AzNews.az