- Köhnə - İdman
- 13 Oktyabr 2014 09:36
- 5 448
“Qarabağ” klubu İsveçrə millisinin hücumçusunu transfer etdi
Ağdamın “Qarabağ” futbol komandası İsveçrə millisinin hücumçusu, Nigeriya əsilli İnnosent Emeghara ilə üç illik müqavilə imzalayıb.
AzNews.az xəbər verir ki, bu haqda informasiya "Qarabağ" futbol klubundan alınıb.
Xəbərdə deyilir ki, Bakı kimi gözəl şəhərdə olmaqdan məmnunluğunu bildirən futbolçu deyib: "Qarabağ"ın gözlədiyimdən də uğurlu komanda olduğunu gördüm. Təəssüf ki, Avroliqada çıxış edə bilməyəcəm. Formasını geyindiyim komandanın belə bir turnirdə iştirakı mənim üçün çox əhəmiyyətlidir. "Qarabağ" çox iddialı komandadır və mənim də titul qazanmaq imkanım var".
AzNews.az