Messinin başı yarıldı, “Barselona” qələbə qazandı - VİDEO

Dünən gecə İspaniya La iqasında 13-cü turun növbəti oyunları çərçivəsində keçirilən “Valensiya” – “Barselona” oyunda argentinalı ulduz Lionel Messinin başı yarılıb.



AzNews.az xəbər verir ki, oyunun əlavə edilmiş 3-cü dəqiqəsində Busketsin vurduğu qola "Barselona"lılar sevinib. Bu zaman stadiondan atılan yad cisim Lionel Messinin başına dəyib, ancaq bu, onun qələbə sevincinə maneçilik törətməyib. O, başını ovxalaya-ovxalaya ayağa durub və barmağı ilə "əla" işarəsini verib.



Maykasında "Azerbaijan land of fire" yazısını reklam edən "Atletiko Madrid" də son turda qələbə qazanıb.

Qeyd edək ki, La Liqada ilk yerdə 33 xalla "Real Madrid" qərarlaşıb. "Barselona" 31 xalla 2-ci, "Atletiko Madrid" isə 29 xalla 3-cü yeri tutub.

La Liqada 13-cü tura bu gün keçiriləcək bir oyunla yekun vurulacaq.

30 noyabr

İspaniya La Liqas, 13-cü tur

"Atletiko" (Madrid) – "Deportivo" - 2:0

Qollar: Niquez, 43, Arda Turan, 55

"Sevilya" – "Qranada" - 5:1

Qollar: Bakka, 24; 79, Baneqa, 65, M`Bia, 89, Qameyro, 90+2 - El Arabi, 42-pen

"Kordoba" – "Vilyareal" - 0:2

Qollar: Vietto, 25, Uçe, 71

"Valensiya" – "Barselona" - 0:1

Qol: Buskets, 90+4


1 dekabr

"Almeria" – "Rayo Valekano"






AzNews.az