Futbol üzrə Türkiyə Superliqasında 11-ci tura yekun vurulub. Futbol üzrə Türkiyə Superliqasında 11-ci tura yekun vurulub.

“Beşiktaş“ zirvəyə yüksəldi - VİDEO

Futbol üzrə Türkiyə Superliqasında 11-ci tura yekun vurulub.



AzNews.az xəbər verir ki, son oyun günündə daha iki qarşılaşma baş tutub.

İstanbulun "Beşiktaş" komandası səfərdə "Karabükspor"u 2-1 hesabı ilə yenərək Superliqada zirvəyə yüksəlib.

"Trabzonspor" klubu da növbəti qələbəyə sevinib. Trabzonlular bu dəfə doğma meydanında "Gənclərbirliyi"ni 4:1 hesabı ilə məğlub edib.

Qeyd edək ki, turnir cədvəlində 23 xalla "Beşiktaş" 1-ci, "Qalatasaray" 22 xalla 2-ci, "Fənərbaxça" isə 21 xalla 3-cü yerdə qərarlaşıb.

1 dekabr

Türkiyə Superliqası, 11-ci tur

"Karabükspor" – "Beşiktaş" - 1:2

Qollar: Demba Ba, 53, 55 (0:2), M.Çağıran, 83 (1:2)

"Trabzonspor" - "Gənclərbirliyi" - 4:1

Qollar: Kardozo, 8 (1:0), Özer, 31 (2:0), Kardozo, 40, 66 (4:0), Çelik, 73 (4:1)






AzNews.az