“Real Madrid“ İspaniya millisinin futbolçusunu transfer etdi- VİDEO

"Malyorka"nın futbolçusu Marko Asensio gələn aydan etibarən "Real Madrid” klubunda çıxış edəcək.



AzNews.az qol.az-a istinadən xəbər verir ki, Madrid təmsilçisi 18 yaşlı futbolçu ilə anlaşıb.



"Real" bu transfer üçün "Malyorka"ya 3,7 milyon avro ödəyəcək. İspaniya millisinin 19 yaşadək futbolçularından ibarət yığmasının üzvü transferi ilə bağlı bunları bildirib:

"Qarşıdakı həftələrdə hər şeyə tam aydınlıq gələcək. "Real" məni seçdiyi üçün çox xoşbəxtəm. Belə bir komandanın məni heyətinə qatması qürurvericidir. Hər kəs yaxşı bilir ki, "Real" dünyanın ən güclü komandalarından biridir".

Qeyd edək ki, Asensio "Real"la gələn ay rəsmi müqavilə imzalayacaq.




AzNews.az