“İnter” klubu Bakıya kimləri gətirir?

Avropa Liqasının qrup mərhələsində Azərbaycan çempionu "Neftçi" ilə görüşəcək İtaliyanın "İnter" klubu Bakıya gətirəcəyi heyəti açıqlayıb. AzNews.az Fanat.az-a istinadən xəbər verir ki, "Milan" klubu ölkəmizə 20 futbolçu ilə gələcək.

Baş məşqçi Andrea Stramaççoni Xavyer Zanetti, Antonio Kassano, Uesli Sneyder, Valter Samuel və Dieqo Milito kimi ulduzlara yer verməyib. Onlar müxtəlif səbəblərdən ölkəmizə gəlmir.

Qeyd edək ki, "Neftçi" və "İnter" sabah Tofiq Bəhramov adına Respublika stadionunda qarşılaşacaq. Oyun saat 21.00-da başlayacaq. Qapıçılar: Samir Handanoviç, Luka Kastellazzi, Vid Beleç.

Müdafiəçilər: 6. Matias Silvestre, 23. Andrea Ranokkia, 40. Xuan Xesus, 42. Conatan, 44. Matteo Biançetti, 55. Yuto Naqatomo.

Yarımmüdafiəçilər: 14. Fredi Quarin, 16. Qabi Mudingayi, 19. Esteban Kambiasso, 20. Joel Obi, 21. Valter Qarqano, 24. Marko Benassi, 31. Alvaro Pereyra.

Hücumçular: 7. Koutinyo, 49. Covanni Terrani, 88. Marko Livaya, 61. Luka Qarritano.

AzNews.az