Madridin “Real” klubunun kolumbiyalı yarımmüdafiəçisi Xames Rodriges zədələnib. Madridin “Real” klubunun kolumbiyalı yarımmüdafiəçisi Xames Rodriges zədələnib.

84 milyonluq futbolçunun ayağı qırıldı

Madridin “Real” klubunun kolumbiyalı yarımmüdafiəçisi Xames Rodriges zədələnib.



ANS PRESS-in məlumatına görə, Rodriges La Liqanın dünən "Sevilya" ya qarşı keçirilən oyunda zədə alıb. Muayinədən sonra futbolçunun zədəsinin ciddi olduğu aşkarlanıb.

"Real"ın 2:1 qələbə qazandığı görüşün 12-ci dəqiqəsində hesabı açan Xames bundan 15 dəqiqə sonra zədələnərək əvəzlənmək məcburiyyətində qalıb. Maraqlıdı ki, meydançanı yeriyə-yeriyə tərk edən 24 yaşlı oyunçunun tibbi müayinə zamanı sağ ayağında qırıq aşkarlanıb. Bu günlərdə cərrahiyyə əməliyyatı keçirəcək Rodriges ən yaxşı halda 2 aydan sonra komandaya qoşula biləcək.

Qeyd edək ki, "Real" Rodrigesi cari mövsümün əvvəlində 84 milyon avro qarşılığında "Monako"dan transfer edib.