İspaniyanın “Barselona” futbol klubunun Baş məşqçisi Luis Enrike kubok oyununda dünən Neymarın vura bilmədiyi penalti zərbəsindən danışıb. İspaniyanın “Barselona” futbol klubunun Baş məşqçisi Luis Enrike kubok oyununda dünən Neymarın vura bilmədiyi penalti zərbəsindən danışıb.

Enrike Neymarın penalti zərbəsindən danışdı

İspaniyanın “Barselona” futbol klubunun Baş məşqçisi Luis Enrike kubok oyununda dünən Neymarın vura bilmədiyi penalti zərbəsindən danışıb.



AZNEWS.AZ xəbər verir ki, bu haqda məlumatı "AS" nəşri yayıb.

"Mən başa düşə bilmirəm ki, penalti zərbəsini niyə Neymar vurdu. Yəqin ki, o, oyundan öncə Messi ilə bu haqda danışıb. Gələcəkdə bir də belə halların baş verməməsi üçün hər şeyi yenidən ölçüb biçməliyik. Oyunun nəticəsi isə bizi tam qane etdi", - deyə Enrike vurğulayıb.

Qeyd edək ki, Barselona şəhərində "Vilyarreal"la keçirilən dünənki oyun "Barselona"nın 3-1 hesablı qələbəsi ilə başa çatıb.