- Köhnə - İdman
- 23 Fevral 2015 09:26
- 3 179
“Real“ qələbə qazandı, xal fərqini çoxaltdı - VİDEO
Futbol üzrə İspaniya La Liqasında 24-cü turun oyunları davam edir.
AZNEWS.AZ xəbər verir ki, 3-cü matç günündə dörd qarşılaşma baş tutub.
Madridin "Real" klubu isə bu turda həlledici qələbə qazanaraq "Barselona" ilə xal fərqini bir az da artırıb. Səfərdə "Elçe"nin qonağı olan "Real Madrid" qollarını 2-ci taymda vurub.
Benzema 56-cı (0:1), Ronaldo isə 69-cu dəqiqədə (0:2) madridliləri sevindirib.
Beləliklə, "Real Madrid" 60 xalla turnir cədvəlinə başçılıq edir. "Barselona" isə ondan 4 xal geri qalır. 3-cü yerdə qərarlaşan "Atletiko Madrid"in isə 53 xalı var.
Qeyd edək ki, La Liqada 24-cü tura bu gün keçiriləcək "Levante" - "Qranada" oyunu ilə yekun vurulacaq.
22 fevral
İspaniya La Liqası, 24-cü tur
"Elçe" - "Real" (Madrid) - 0:2
Qollar: Benzema, 56 (0:1), Ronaldo, 69 (0:2)
"Real Sosyedad" - "Sevilya" - 4:3
Qollar: Aqirretxe, 16 (1:0), Kolodziejzak, 43 (1:1), Prieto, 48-pen (2:1), Bakka, 67 (2:2), Qameyro, 78 (2:3), Arribas, 82-avtoqol (3:3), Prieto, 90 (4:3)
"Atletik" (Bilbao) - "Rayo Valyekano" - 1:0
Qol: Aduriz, 86 (1:0)
"Vilyareal" - "Eybar" - 1:0
Qol: Vietto, 71 (1:0)
23 fevral
"Levante" - "Qranada"