Futbol üzrə İspaniya kubokunda yarımfinal mərhələsinin cavab görüşləri keçirilib. Futbol üzrə İspaniya kubokunda yarımfinal mərhələsinin cavab görüşləri keçirilib.

“Barselona” finala çıxdı – VİDEO

Futbol üzrə İspaniya kubokunda yarımfinal mərhələsinin cavab görüşləri keçirilib.



AZNEWS.AZ Qol.az-a istinadən xəbər verir ki, baş tutan iki oyunla finalçılar bəlli olub.

"Barselona" səfərdə "Vilyareal"ı 3:1 hesabı ilə məğlub edib. "Nou-Kamp"da keçirilən ilk oyunda da eyni hesabla qalib gələn kataloniyalılar finala adlayıb.

Digər oyunda isə "Espanyol" "Atletik"i qəbul edib. Bilbaoda baş tutan ilk qarşılaşmada qalib müəyyənləşməmişdi – 1:1. Bugünkü görüşdə isə rəqibinə 2:0 hesabı ilə qalib gələn "Atletik" finalda "Barselona"ya rəqib olub.

4 mart
İspaniya Kral kuboku, yarımfinalın cavab oyunları

"Vilyarreal" – "Barselona" - 1:3 (İlk oyun - 1:3)
Qollar: Neymar, 4 (0:1), dos Santos, 39 (1:1), Neyar, 88 (1:2), Suares, 74 (1:3)

"Espanyol" – "Atletik" - 0:2 (İlk oyun - 1:1)
Qollar: Aduris, 13, Etxeyta, 42