Bu gün futbol üzrə Avropa Liqasında 1/8 finalın ilk oyunlarına start veriləcək. Bu gün futbol üzrə Avropa Liqasında 1/8 finalın ilk oyunlarına start veriləcək.

Bu gün “Beşiktaş“ “Brügge“nin qonağı olacaq

Bu gün futbol üzrə Avropa Liqasında 1/8 finalın ilk oyunlarına start veriləcək.



AZNEWS.AZ Qol.az-a istinadən xəbər verir ki, bu mərhələnin bütün görüşləri eyni gündə keçiriləcək.

Günün ilk qarşılaşması Rusiyada keçiriləcək. Peterburqda "Zenit" "Torino"nu qəbul edəcək. Oyun Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

1/16 finalda "Liverpul"u mübarizədən kənarlaşdıran Türkiyənin "Beşiktaş" klubu səfərdə "Brügge"nin qonağı olacaq. Bu matçın start fiti Bakı vaxtı ilə saat 22:00-da veriləcək.

"Qarabağ"la qrup mərhələsində mübarizə aparmış "Dnepr" klubu öz meydanında "Ayaks"ı sınağa çəkəcək. İtaliya "İnter"i isə Almaniyada "Volfsburq"un qonağı olacaq.

12 mart
Avropa Liqası, 1/8 finalın ilk oyunları


21:00. "Zenit" (Rusiya) - "Torino" (İtaliya)
22:00. "Brügge" (Belçika) - "Beşiktaş" (Türkiyə)
22:00. "Dnepr" (Ukrayna) - "Ayaks" (Hollandiya)
22:00. "Volfsburq" (Almaniya) - "İnter" (İtaliya)
00:05. "Everton" (İngiltərə) - "Dinamo" (Kiyev, Ukrayna)
00:05. "Fiorentina" (İtaliya) - "Roma" (İtaliya)
00:05. "Napoli" (İtaliya) - "Dinamo" (Moskva, Rusiya)
00:05. "Vilyarreal" (İspaniya) - "Sevilya" (İspaniya)