Türkiyə mediası Heydər Əliyevə həsr olunan yarışdan yazdı

Türkiyənin nüfuzlu media orqanları sabah başlayacaq Rusiyanın Sankt-Peterburq şəhərində mərhum prezident Heydər Əliyevin xatirəsinə həsr olunan Rusiya-Azərbaycan kikboksçuları arasında VI yoldaşlıq görüşünə geniş yer ayırıb.



Tədbirlə bağlı Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, millət vəkili Adil Əliyevin Doğan Xəbər Agentliyinə verdiyi açıqlama "Hurriyyet", sondakika.com, spor.haber3.com və s. media orqanlarında işıqlandırılıb. Millət vəkili açıqlamasında bu tədbirin iki ölkə arasında ən böyük yarış olduğunu bildirib. O yoldaşlıq görüşünün qarşıdan gələn 2015 Avropa yay olimpiyalarının tanınması baxımından da əhəmiyyətli olduğunu bildirib.



Elnur Eltürk