Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən Heydər Əliyev kuboku uğrunda Beynəlxalq Kikboksinq turniri başa çatıb. Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən Heydər Əliyev kuboku uğrunda Beynəlxalq Kikboksinq turniri başa çatıb.

Adil Əliyev: “4-6 hesabını uğurlu nəticə hesab edirəm” (FOTOLAR)

Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən Heydər Əliyev kuboku uğrunda Beynəlxalq Kikboksinq turniri başa çatıb.

AzNews.az xəbər verir ki, Azərbaycan kikboksçuları Rusiya yığmasına 4-6 hesabı ilə məğlub olaraq ənənəni pozublar və beləliklə 6-cı Heydər Əliyev kuboku Rusiya yığmasına qismət olub. Halbuki, yarış yığmamız üçün heç də pis başlamayıb. Artıq birinci görüşdə yığmamızın üzvü Elşad Ağalarov (54 kq) erməni əsilli rusiyalı kikboksçu Armen Arutunovu məğlub edərək komandamıza ruh yüksəkliyi yaşatmasına baxmayaraq yığmamızın digər üzvləri onun bu uğurunu davam etdirə bilməyiblər.
60 kq çəkidə çox güclü rəqib olan Timur Nadirovla qarşılaşan Zöhrab Əzimov rinqi məğlub tərk edib. Bundan sonra isə rəqibindən heç də zəif təsir bağışlamayan Dəryagir (63.5 kq) məğlub olub. Daha sonra yığmamızın üzvü Turan Qafarov (67 kq) qalib gəlsə də digər kikboksçularımız bu qələbənin də davamını gətirə bilməyiblər.
Sonda kikboksinq idman növündə ən güclülərdən sayılan rusiyalı Aleksey Papin (91+ kq) yığmamızın üzvü Ağalar Sadıqzadəni nokauta salaraq məğlub etməyi bacarıb.
Yarışla bağlı fikirlərini bölüşən Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, millət vəkili Adil Əliyev bunları bildirib:

"Tədbir çox yüksək səviyyədə keçdi. Baxmayaraq ki, nəticə 4-6 hesabı ilə Rusiyanın xeyrinə başa çatdı. Bunu uğurlu nəticə kimi qəbul edirəm. Komandamız əzmlə döyüşdülər.
Unutmaq olmaz ki, Rusiya komandası dünyanın ən güclü və peşəkar komandasıdır. Eyni zamanda, tədbirdə Bakı-2015 Avropa Oyunları ilə bağlı filmin təqdimatı da keçirildi.
Rusiyanın dövlət xadimləri ulu öndər Heydər Əliyev haqqında və onun şəxsiyyəti ilə bağlı yüksək fikirlər söylədilər. Çıxış edənlər Azərbaycanın bu gün dünyada artan nüfuzu, xüsusilə son illər iki ölkə arasında əlaqələrin inkişafını xüsusi vurğuladlar".

Xatırladaq ki, bundan öncə keçirilən 5 analoji turnirdə Azərbaycan yığması qalib gəlmişdi.

Qeyd edək ki, Azərbaycan Kikboksinq Federasiyasının təşkil etdiyi bu beynəlxalq turnirə bir çox tanınmış qonaqlar da dəvət olunmuşdu. MDB Parlamentlərarası Assambleyasının baş katibi Oleq Sergeyev və Assambleyanın üzvləri Aydın Cəfərov, Çingiz Abdullayev, eləcə də Azərbaycan Milli Məclisinin deputatları da qonaqlar arasında olub.
image description image description image description image description image description