“Barselona“ və “Yuventus“ 1/4 finala yüksəldi - VİDEO

Dünən futbol üzrə Çempionlar Liqasının 18 final mərhələsinə yekun vurulub.



AZNEWS.AZ xəbər verir ki, son oyun günündə 2 görüş baş tutub.

İngiltərənin "Mançester Siti" klubu İspaniya "Barselona"sının qonağı olub. "Nou Kamp"da keçirilən qarşılaşmada meydan sahibləri üstünlüyə malik olub və nəticədə 1-0 hesabı ilə qələbə qazanıblar. Düzdür, oyunda qonaq komandanın da qol vurmaq şansı dəfələrlə olub, ancaq "şəhərlilər" buna nail ola bilməyiblər. Hətta, onlar "Barselona"nın qapısına təyin edilən penaltini reallaşdıra bilməyiblər.

Dortmund "Borussiya"sı isə "Yuventus"la üz-üzə gəlib və acı tale ilə üzləşib. Almanlar doğma meydanlarında italyanlara 0-3 hesabı ilə məğlub olublar.

Çempionlar Liqası, 1/8 final
Cavab oyunları

"Barselona" (İspaniya) - "Mançester Siti" (İngiltərə) 1:0
Qol: Rakitiç, 30
İlk oyun: 2:1

"Borussiya" (Dortmund, Almaniya) - "Yuventus" (İtaliya) 0:3
Qol: Tevez, 3, 79; Morota, 70
İlk oyun: 1:2