İdmançımız qızıl medal qazandı- Foto

Qətərin paytaxtı Dohada keçirilən idman gimnastikası üzrə “World Challenge Cup” turnirinin növbəti mərhələsində Azərbaycan təmsilçisi Oleq Stepko qızıl medal qazanıb.

Azərbaycan Gimnastika Federasiyasından verilən məlumata görə, Oleq Stepko rəqiblərini üstələyərək paralel qollarda birinci yerdə qərarlaşıb. Həmin medal bu növ üzrə mübarizədə Azərbaycan idmançılarının qazandığı ilk qızıldır.

Turnirdə Kolumbiya təmsilçisi ikinci, rumıniyalı idmançı isə üçüncü olub.
image description image description