AzNews.az “Neftçi”nin prezidenti Sadıq Sadıqovun Futbolinfo.az-a verdiyi müsahibəni təqdim edir: AzNews.az “Neftçi”nin prezidenti Sadıq Sadıqovun Futbolinfo.az-a verdiyi müsahibəni təqdim edir:

"Neftçi"yə yeni rəhbər lazımdır" - Sadıq Sadıqov

AzNews.az “Neftçi”nin prezidenti Sadıq Sadıqovun Futbolinfo.az-a verdiyi müsahibəni təqdim edir:



- "Neftçi"dən istefa verdiyiniz deyilir. Gündəmi zəbt edən məsələ ilə bağlı nə deyə bilərsiniz?

- Mən istefa verməmişəm. Gördüyünüz kimi komandamın məşqini izləyirəm. Sadəcə olaraq, Neft Emalı Zavodu ləğv olunur deyə, komanda "Neftçi" İdman Sağlamlıq Birliyinin tərkibinə verilir. Buna görə də struktur dəyişikliyi ola bilər. Necə olacağını isə qarşıdakı günlərdə biləcəyik.

- Sizin yerinizə artıq namizədin tapıldığı da bildirilir. Çingiz Abdullayevin "Neftçi"nin yeni prezidenti olacağı söylənilir...

- Bu barədə məlumatım olmadığı üçün şərh vermək istəməzdim.

- Sizin vaxtınızda "Neftçi" Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazandı. Ardıcıl çempionluqlar və kuboklar qazandız. Əvvəlki "Neftçi"ni geri qaytarmaq üçün nə lazımdı?

- "Neftçi"yə yeni rəhbər lazımdı. Mən artıq yorulmuşam.

- Səbəb?

- Sadəcə, ötən mövsüm çox stressli keçdi. Avroliqada pley-offa qədər irəlilədik. Səhvlərimzidən "Partizan"a məğlub olduq. Halbuki ilk matçda 2:0 hesabı ilə öndə idik. Qrup mərhələsinə yenidən vəsiqə qazana bilərdik. Bütün bu məqamlar adama mənfi təsir edir.

- "Neftçi"dən getsəz, futbolsuz qala biləcəksiniz?

- Mən futbolsuz qala bilmərəm. İnsanın yaxını rəhmətə gedəndə adam bir müddət özünə gələ bilmir. "Neftçi"dən getsəm, çətin ki, özümə gələm. Bunun üçün zamana ehtiyac olacaq. Mən hər zaman "Neftçi"yə dəstək vermək üçün çalışmışam.

- Maraqlıdı, "Neftçi"dən milliyə futbolçu dəvət olunmamasına münasibətiniz necə oldu?

- Düzü, bu, məni çox təəccübləndi. Bu, mənim prezidentlik dönəmində oldu. Halbuki buna qədər belə bir şey olmamışdı. Bunu normal qəbul elədim ki, futbolçularımız bir qədər özlərinə gələlər. Ancaq bir tərəfdən, yığmaya elə futbolçular dəvət olunmuşdu ki, "Neftçi"dəkilər onlardan min qat güclüdü. Milliyə yerli futbolçular dəvət olunanda ab-hava başqa olur. Qələbə qazandıq. İnşallah, bu axırıncı yox, axarıncı olar. Qarşıda güclü rəqiblər var. Əsas odu ki nəticə əldə edək.

- Necə fikirləşirsiniz, sizcə, heyəti seçərkən Robert Prosineçkinin fikrinə kimsə təzyiq edib?

- Onu mən deyə bilmərəm ki...

- Maraqlıdı ki, hücumçunuz Rauf Əliyev saytımıza müsahibəsində bildirmişdi ki, Prosineçkinin bu cür seçim etməsində qaranlıq nəsə var...

- Bu, Raufun öz fikridi. Bəlkə də düzdü. Futbolçu nəsə deyə bilər. Onlar da öz üzərində çalışmalıdı ki, milliyə dəvət olunsunlar.