Daha bir nəfər "Neftçi" klubundan istefa verib. Daha bir nəfər "Neftçi" klubundan istefa verib.

Sadıq Sadıqovun oğlu da “Neftçi“dən getdi

Daha bir nəfər "Neftçi" klubundan istefa verib.

"Qafqazinfo" xəbər verir ki, klubun sabiq prezidenti Sadıq Sadıqovun oğlu İbrahim Sadıqlı klubdakı departament rəhbəri vəzifəsindən ayrılıb. Sadıqlı bununla bağlı şəxsi "facebook" hesabında məlumat verib:

"Bu gün öz istəyimlə "Neftçi"də işdən ayrıldım. Güloğlan Cabbarov, Mübariz Xudiyev, Gündüz Abbaszadə, Elnur Əşrəfoğlu kimi qardaşlarla 4 il bir yerdə xeyli uğur qazandıq. Qardaşlar, Allah sizdən razı olsun, haqqınızı halal edin. Mənim nəsə haqqım varsa, halal olsun. Bundan sonra "Neftçi" klubuna ən böyük uğurları arzulayıram. Ən böyük "Neftçi".