İspaniyanın “Barselona” futbol klubunun argentinalı futbolçusu Lionel Messinin zədə alması öz təsdiqini tapıb. İspaniyanın “Barselona” futbol klubunun argentinalı futbolçusu Lionel Messinin zədə alması öz təsdiqini tapıb.

Messinin zədə alması öz təsdiqini tapdı - FOTOLAR+VİDEO

İspaniyanın “Barselona” futbol klubunun argentinalı futbolçusu Lionel Messinin zədə alması öz təsdiqini tapıb.



AZNEWS.AZ xəbər verir ki, bu haqda məlumatı "korrespondent" saytı yayıb.

Məlumatda deyilir ki, Messi sağ ayağından zədə alıb və bunu sübut edən fotoşəkillər də "Agencia Telam" nəşrində yayımlanıb.

Messinin bu zədəni Çempionlar Liqasının "Mançester Siti" ilə cavab oyununda aldığı bəlli olub. Hətta, onun "Real Madrid"lə oyuna iynə vurulduqdan sonra çıxdığı bildirilir.

Elə bu səbəbdən də Messi Argentina millisinin son iki yoldaşlıq görüşündə meydançaya çıxmayıb. Ancaq Argentina millisinin azarkeşləri Messinin zədə alması xəbərinə inanmadıqlarını vurğulayıblar.

Argentina millisinin baş maşqçisi Xerardo Martino media vasitəsilə azarkeşlərə cavab verib: "Onun meydana çıxmamasında heç bir sirr yoxdur. O, zədə ucbatından ayaqqabı da geyinə bilmir".

Millinin oyunçusu Aquera da bu olay haqda Marca qəzetinə belə deyib: "Messi oynamaq istəyirdi, ancaq meydana çıxmadı, çünki onun zədə yeri şişmişdi. Butsi onun ayağına girmədi".

Qeyd edək ki, zədə ucbatından Messi La Liqanın 29-cu turu çərçivəsində bazar günü "Selta Vigo" ilə baş tutacaq oyunu da buraxa bilər.