Mayın 6-da Belçikada “Avropa idman gecəsi” adlı tədbir keçiriləcək. Mayın 6-da Belçikada “Avropa idman gecəsi” adlı tədbir keçiriləcək.

Belçikada “Bakı-2015” haqqında məlumat veriləcək

Mayın 6-da Belçikada “Avropa idman gecəsi” adlı tədbir keçiriləcək.

Avropa Olimpiya Komitəsinin (AOK) Avropa İttifaqı Ofisinin sayca dördüncü dəfə təşkil edəcəyi tədbirdə Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov, AOK prezidenti Patrik Hikki, Avropa Parlamentinin prezidenti Martin Şults, bir sıra ölkənin idman nazirləri və federasiya rəhbərləri iştirak edəcəklər.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, "Avropa idman gecəsi"nin keçirilməsində əsas məqsəd idmanda yeniliklərin əldə olunması, federasiyalar və Avropa Olimpiya komitələri arasında əlaqələrin möhkəmləndirilməsi və idman sahəsində bir sıra problemlərin aradan qaldırılmasıdır.

İki yüzdən artıq qonağın qatılacağı tədbirdə keçiriləcək plenar iclaslarda səmərəli müzakirələrin aparılması nəzərdə tutulur. Tədbirin "Bakı-2015" ilk Avropa Oyunları: 5 həftə qalmış" bölməsində nazir Azad Rəhimov iştirakçılara Azərbaycanda idman sahəsində görülən işlər, əldə olunan nailiyyətlər haqda məlumat verəcək. Nazir çıxışında, həmçinin "Bakı-2015" birinci Avropa Oyunlarına hazırlıq, bu sahədə görülən işlər, açılan idman qurğuları, keçirilən tədbirlər və digər məlumatları da qonaqların diqqətinə çatdıracaq.