“Tour de Azerbaidjan-2015” veloyürüşünə start verildi - FOTOLAR

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş “Tour de Azerbaidjan-2015” veloyürüşünə mayın 6-da start verilib.


AZNEWS.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, 25 komandanın qatıldığı və beş mərhələdən ibarət yarışın ilk mərhələsi paytaxt Bakıdan başlayıb. Dövlət Bayrağı Meydanından start verilən turun ümumi uzunluğu 154 kilometr olan birinci mərhələsinə Sumqayıtda yekun vurulacaq. Bakıdan "Gənclik şəhəri"nə yollanan yürüş iştirakçıları burada şəhər marşrutu üzrə beş dövrə vurduqdan sonra qalibi müəyyənləşdirəcəklər.

Azərbaycanı nüfuzlu yürüşdə təmsil edən "Synergy Baku Cycling Project" kontinental komandasının rəqibləri içərisində 4 pro-kontinental, 15 kontinental və 4 milli komanda var. Bunlar Avstraliyanın "Drapac Professional Cycling", İtaliyanın "Androni Giocattoli", Rusiyanın "RUSVELO", ABŞ-ın "Team Novonordisk" (hamısı pro-kontinental) və "Airgas Safeway Cycling Team", Sloveniyanın "Adria-Mobil", İrlandiyanın "An Post-Chain Reaction", Lüksemburqun "LEOPARD Development Team", Çin Xalq Respublikasının "Giant-Champion System", Rumıniyanın "Tusnad", Almaniyanın "MLP Team Bergstrasse", Slovakiyanın "Banska Bystrica", Türkiyənin "Torku", Laosun "CCN Cycling Team", Avstriyanın "Hrinkow Advarics", Niderlandın "Parkhotel Valkenburg", Çexiyanın "Dukla Praha", Belarusun "MINSK", İsrailin "Cycling Academy Team", Portuqaliyanın "Team Tavira" klubları (hamısı kontinental), həmçinin Macarıstan, Estoniya, Yunanıstan və Qazaxıstanın milli komandalarıdır.

Nüfuzlu yarışda komandamız Elçin Əsədov, Maksim Averin, Samir Cəbrayılov, Matey Müqerli, Yannis Tamuridis və Aleksandr Surutkoviçlə təmsil olunur.

Sumqayıt turundan sonra iştirakçılar mayın 7-də Bakı-İsmayıllı (187 km), mayın 8-də Qəbələ-Şəki-Qəbələ (177 km), mayın 9-da Qəbələ-Mingəçevir (205 km) marşrutu üzrə hərəkət edəcəklər. Mayın 10-da təşkil olunacaq sonuncu mərhələ (144 km) isə paytaxt küçələrində baş tutacaq.

Son anda alınan məlumata görə, veloyürüşün birinci mərhələsi artıq başa çatıb. Birinci mərhələnin qalibi adını "Adria Mobil" klubunun üzvü Marko Kump qazanıb. Bununla da göy köynəyi əldə edən idmançıya mükafatı Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov təqdim edib.

İkinci yeri İtaliyanın "Androni Giocattoli" komandasının təmsilçisi Françesko Kikki tutub. Mükafatı ona veloyürüşün Təşkilat Komitəsinin sədri, Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti Sahib Ələkbərov verib.

Üçüncü yerdə qərarlaşan "Sinegy Baku"nun üzvü Maksim Averinə isə mükafat atası Aleksandr Averin tərəfindən təqdim olunub.

Birinci mərhələnin dağ hissəsində "Synegy Baku"nun üzvü Elçin Əsədov qalib gəlib. Velosipedçimiz bu nəticəyə görə qırmızı köynəyə sahib olub.

Ən gənc velosipedçinin təltif edildiyi bənövşəyi köynək isə "Minsk" klubunun təmsilçisi Vladimir Xaraxavikə verilib.
image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description