Avropa Oyunlarının məşəli bu gün Füzuli rayonunun Horadiz şəhərinə gətirilib. Avropa Oyunlarının məşəli bu gün Füzuli rayonunun Horadiz şəhərinə gətirilib.

Birinci Avropa Oyunlarının məşəli Füzulidə- FOTOLAR

Avropa Oyunlarının məşəli bu gün Füzuli rayonunun Horadiz şəhərinə gətirilib.


APA-nın Qarabağ bürosunun xəbərinə görə, paytaxtdakı qədim od məbədi Atəşgahda alovlandırılan məşəl Horadiz şəhərində bayraq meydanında qarşılanıb. Məşəl estafeti saat 19:30-da start götürüb.

Məşəli qəbul edən Füzuli rayonu Qazaxlar kənd orta məktəbinin müəllimi Atamoğlan Qərəmanov 10 nəfər həmkarı ilə birgə yürüşü davam etdirib. 4300 metr məsafədə rəmzi növbə ilə bir-birinə ötürən müəllimlər məşəli bayraq meydanından Heydər Əliyev prospekti boyunca Heydər Əliyev meydanına çatdırıblar. Horadiz şəhər 3 saylı orta məktəbin idman müəllimi Rövşən Ələsgərov məşəli meydanda qurulan səhnəyə qaldıraraq, simvolik çırağı alovlandırması ilə festival başlayıb.

Qeyd edək ki, I Avropa Oyunları, ümumilikdə, 20 idman növü üzrə keçiriləcək: bunlardan 16-sı olimpiya, 4-ü qeyri-olimpiya idman növü olacaq. Oyunlarda Avropanın müxtəlif ölkələrindən 6000-dən çox idmançının 17 yarış günü müddətində ölkələrini təmsil edəcək.
image description image description image description