Qurban Qurbanov: “Futbolçularımdan ciddi narazılığım yoxdur“

"Futbolçularımdan ciddi narazılığım yoxdur".



AzNews.az PFL-ə istinadən xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Premyer Liqanın 33-cü turunda keçirilən "Xəzər Lənkəran" - "Qarabağ" oyunundan (1:1) sonra deyib.

Ağdam təmsilçisinin baş məşqçisi qeyd edib: "Qəbələ" ilə matçdan sonra yəqin ki, fikirlərimi oxumuşdunuz. Bildirmişdim ki, "Xəzər Lənkəran"a qarşı oynamaq bizim üçün çətin olacaq. Rəqibin heyətindəki gənc və istəkli futbolçular, məncə, tam güclərini ortaya qoydular. Onlardan xoşum gəldi. Futbolçularımdan ciddi narazılığım yoxdur. Uzun yoldan sonra futbolçularım yaxşı təsir bağışladılar. Mövsümün sonuna doğru getdikcə yorğunluq meydana gəlir".

"Xəzər Lənkəran"ın məşqçisi Elbrus Məmmədov isə maraqlı oyun olduğunu deyib: "Hər iki komanda yaxşı futbol sərgilədi. Rəqibimizə uğurlar arzu edirəm. İnanıram ki, "Qarabağ" bu il də Azərbaycan çempionu olacaq. "Qarabağ" kimi komandaya qol vurmaq özü bir qəhrəmanlıqdır"